Burada da elektron kitabxana sistemi digər təhsil ocaqlarında olduğu kimi çoxfunksiyalı parametrlərlə fəaliyyət göstərir. Kitabların oxunaqlılığını artırmaq məqsədi ilə elektron dərs vəsaitlərinin menyusunda "qeydiyyat apar", "səhifəni yadda saxla" "digər səhiflərlə əlaqələndir" funksiyaları mövcuddur. Eləcə də səhifənin oxunması müddətini avtomatik qeyd edib səhifəni oxuduqca sistem vasitəsi ilə avtomatik səhifələnməsi də mümkündür.