E-təhsil sistemi təhsil ocağının bütün iş proseslərinin avtomatlaşdırılmış formasıdır. Tədrisin avtomatlaşdırımasından istər tələbələr istərsə də müəllim kollektivi aktiv şəkildə yararlanırlar. Tələbələrin davamiyyətləri və qiymətləndirilmələri də sistem üzərindən həyata keçirilir. Elektron jurnallarla yanaşı digər cədvəl və sənədlərin tələbələr üçün vacibli olanları avtomatik olaraq hər tələbənin şəxsi kabinetində əks etdirilir.
Tələbələrlə yanaşı müəllim və professor heyəti də şəxsi kabinetləri vasitəsi ilə lazımlı məlumatları əldə edə bilirlər. Tədris planları, sillabuslar, tədris-mövzu planları, dərs cədvəlləri və digər bütün cədvəl və sənədlər avtomatlaşdırılmış formada tərtib edilmişdir. Elektron jurnallar vasitəsi ilə tələbələrin davamiyyət və qiymətləndirilmələri sürətli və dəqiqliklə aparılır. Hər semestr sonunda isə əvvəllər müəllim heyəti tərəfindən tərtib edilən nəticə cədvəl və sənədləri artıq avtomatik olaraq formalaşır.